DMX yə ötən ay 5 mindən artıq zəng daxil olub

06.03.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Cari ilin fevral ayında Dövlət Miqrasiya Xidmətinin (DMX) Çağrı Mərkəzinə daxil olan 5329 zəng cavablandırılıb.

Bu barədə SİA-ya DMX-dən məlumat verilib.

Bildirilib ki, zənglərin 1777-si müvəqqəti yaşama icazəsi, 83-ü müvəqqəti olma müddətinin uzadılması, 328-i vətəndaşlıq məsələləri, 434-ü olduğu yer üzrə qeydiyyat, 366-sı daimi yaşama icazəsi, 813-ü iş icazəsi, 205-i inzibati xəta, 1323-ü isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, Çağrı Mərkəzi Azərbaycan, rus və ingilis dillərində fasiləsiz fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью