Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya hərbi birləşmələri öz mina sahələrində baş verən partlayışlar nəticəsində Dnepr çayının deltasında şəxsi heyəti və texnikasını itirir. Hadisələr lazımi koordinasiya olmadan çay yollarını minalamaq üçün pilotsuz qayıqların xaotik istifadəsi səbəbindən baş verir.
Moderator.az "Apostrof" nəşrinə istinadla xəbər verir ki, bu barədə "ATEŞ" partizan qrupu məlumat yayıb.
Hərəkatın Dnepr qüvvələr qrupundan olan agentlərinin məlumatına görə, Rusiya qüvvələri "Sirius-82" pilotsuz qayıqlarından geniş istifadə edir. Bu qayıqlar çayda uzaqdan - distansion lövbər minalarını yerləşdirmək və Ukraynanın üzən vasitələrinə hücum etmək üçün nəzərdə tutulub. Lakin sistematik qeydlərin və müasir mina sahələri xəritələrinin olmaması səbəbindən Rusiya qoşunları müntəzəm olaraq artıq minalanmış ərazilərə daxil olurlar.
"Qayıqlar çay yollarını distansion olaraq lövbər minalarıyla minalamaq və Ukraynanın üzən vasitələrinə hücuma cəhd etmək üçün istifadə olunur. Praktikada [Rusiya qüvvələri – red.] müntəzəm olaraq artıq minalanmış ərazilərə daxil olur və öz silahlarından itkilər verirlər", - hərəkatın bəyanatında belə deyilir.
2026-cı ilin əvvəlindən bəri suda tapşırıqlar yerinə yetirən bölmələrdə bir neçə belə hal qeydə alınıb. "ATEŞ" qeyd edir ki, minalama prosesi bölmələr arasında lazımi koordinasiya olmadan baş verir.
Müqavimət nümayəndələrinin sözlərinə görə, bu cür şəraitdə texnoloji vasitələrin istifadəsi yalnız qoşunların əlaqələndirilmiş komandanlığının olmamasını vurğulayır və Dnepr deltasını işğalçı qüvvələrin özləri üçün təhlükəli bir yerə çevirir.
S.Laçın