Dnepr şəhəri dronlarla vurulub, 14 nəfər yaralanıb

23.11.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyev, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-nə keçən gecə Rusiya ordusu Dnepr şəhərinə dronlarla hücum edib. Hava hücumu nəticəsində 11 yaşlı uşaq da daxil olmaqla, 14 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət dövlət administrasiyasının rəhbəri Vladislav Qayvanenko teleqram səhifəsində bildirib.

Bundan əlavə, hava hücumu nəticəsində doqquz mərtəbəli binanın eyvanları və fərdi evin bir hissəsi yanıb. Altı avtomobilə də ziyan dəyib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью