Dnepr şəhərinə kütləvi dron hücumu, ölənlər və xəsarət alanlar var

17.04.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kiyev, 17 aprel, AZƏRTAC

Aprelin 16-da axşam saatlarında Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə etdiyi dron hücumu nəticəsində ölən mülki şəxslərin sayı 3 nəfərə çatıb, 30-u isə xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dneprpetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakin “Telegram” səhifəsində məlumat verib.

Həlak olanlardan biri, xəsarət alanlardan isə 5-i uşaqdır. Xəsarət alanlardan 16-sı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Dnepr şəhər meri Boris Filatov isə öz sosial media səhifələrində bildirib ki, şəhərə dron hücumu nəticəsində azı 15 evə ziyan dəyib. Üstəlik, “Şahed”lərdən biri şəhər meriyasının binasının yaxınlığına düşüb. Bundan başqa, hücum nəticəsində Filatovun həyat yoldaşına məxsus qadın geyimləri mağazası da dağılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью