Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya ordusu pilotsuz uçuş aparatları ilə Ukraynanın Dnepr şəhərində hücum edib, iki nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Dnepropetrovsk Xüsusi Əməliyyatlar İdarəsinin rəisi Aleksandr Qanja özünün telegram kanalında məlumat verib.
"Dneprdə pilotsuz təyyarənin zərbəsi nəticəsində iki nəfər, bir qadın və bir kişi həlak olub. Onların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Hücum gecə baş verib və yanğın qeydə alınıb. Hücumda şəxsi ev dağılıb, daha iki nəfərə ziyan dəyib. Sərnişin avtomobili də zədələnib", - deyə o yazıb.
O, həmçinin bildirib ki, Rusiya qoşunları Nikopol və Marqanets icmasına artilleriya və dronlarından istifadə edərək atəşə tutublar. Nəticədə evlər və infrastruktur dağıdılıb, elektrik və qaz təchizatı kəsilib.