Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Apple texnologiya dünyasında bomba təsiri yaradacaq gizli addım atıb.
Demokrat.az saytı xəbər verir ki, təxminən 2 milyard dollar dəyərində olduğu təxmin edilən bu satınalma, sadəcə şirkət birləşməsi deyil, həm də insanların üz ifadələrindən və dodaq hərəkətlərindən nə düşündüyünü anlayan süni intellektin gələcəyidir.
2002-ci ildə qurulan və fəaliyyəti illərdir "sirr" kimi saxlanılan "Q.ai", insan dərisindəki mikroskopik titrəyişləri belə izləyə bilən unikal texnologiya sahibidir. Bu sistem pıçıldanan sözləri, dodaq hərəkətlərini, hətta insanın nəfəs alıb-vermə tezliyini analiz edərək, onun nə demək istədiyini və hansı emosional vəziyyətdə olduğunu müəyyən edir. Apple-ın 2014-cü ildəki "Beats" alışından sonra ən böyük ikinci böyük investisiyası sayılan bu gediş, texnologiyanın artıq düşüncələrimizə qədər sızdığını göstərir.
Bu yenilik hər nə qədər "innovasiya" kimi təqdim olunsa da, arxa planda böyük nəzarət narahatlığı yaradır. Hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, səssiz danışığı oxuya bilən bu sistemlərin şəxsi telefonlarımıza girməsi, insanların xəbəri olmadan izlənməsi üçün geniş qapı açır. Xüsusilə İsrailin son illərdə rəqəmsal izləmə və biometrik məlumatların toplanması sahəsindəki sərt praktikaları fonunda, Apple-ın bu addımı texnologiyanın harada bitib, nəzarətin harada başladığına dair ciddi suallar doğurur.
Bu, gələcəkdə telefonunuzun sizinlə sadəcə səsli komandalarla deyil, hətta mimikalarınız və baxışlarınızla ünsiyyət qurması deməkdir. Lakin digər tərəfdən, bu texnologiya cibinizdəki cihazın sizin ən gizli emosiyalarınızı, nəfəs alışınızı və deməyə cəsarət etmədiyiniz sözləri belə qeyd edə bilməsi riskini daşıyır. Yəni, gələcəkdə "məxfi" qala biləcək heç bir hissimiz və ya pıçıltımız qalmaya bilər.
Qeyd edək ki, Apple hələlik bu texnologiyanın konkret olaraq hansı cihazlarda (iPhone, Apple Watch və s.) istifadə ediləcəyi barədə rəsmi susqunluğunu qoruyur.
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az saytı xəbər verir ki, təxminən 2 milyard dollar dəyərində olduğu təxmin edilən bu satınalma, sadəcə şirkət birləşməsi deyil, həm də insanların üz ifadələrindən və dodaq hərəkətlərindən nə düşündüyünü anlayan süni intellektin gələcəyidir.