Dodaq yaraları alzheimer xəstəliyi riskini artıra BİLƏR

23.01.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dodaqda tez-tez yaranan “soyuqdəymə”nin (herpesin) beyin sağlamlığı üçün təhlükə yarada biləcəyi bildirilib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Honkonq Şəhər Universitetinin professoru, virusoloq və təkamül biologu Pyotr Lidskinin sözlərinə görə, herpes virusu iltihab yolu ilə beynin qocalma prosesini sürətləndirə və Alzheimer xəstəliyi riskini artıra bilər.

Alimin verdiyi açıqlamada qeyd olunur ki, herpes virusu beynin qoruyucu mexanizmi sayılan qan-beyin baryerini aşa bilir. Xroniki herpes infeksiyası zamanı virus uzun müddət orqanizmdə qalaraq həm immun hüceyrələrə, həm də beyin hüceyrələrinə mənfi təsir göstərir. Yaş artdıqca xroniki iltihab güclənir və bu da Alzheimer daxil olmaqla yaşla bağlı xəstəliklərin yaranmasını sürətləndirir. Bu proses elmdə “inflamminq” və ya “immun qocalma” anlayışı kimi tanınır.

Professorun sözlərinə görə, təxminən 10 il əvvəl aparılan tədqiqatlar göstərib ki, dodaq herpesindən əziyyət çəkən və antivirus preparatlardan istifadə etməyən şəxslərdə Alzheimer xəstəliyinə tutulma riski daha yüksəkdir. Sonrakı araşdırmalar da herpes virusunun iltihab vasitəsilə beynin qocalmasını sürətləndirdiyini təsdiqləyib.

Lidski əlavə edib ki, xroniki iltihabın orqanizmin bütün sistemlərinin qocalma sürətinə təsiri digər elmi işlərlə də sübut olunub. Məsələn, metilom saatları adlı müasir üsulla aparılan araşdırmalar göstərib ki, HİV-lə yaşayan insanlar bioloji baxımdan HİV olmayan şəxslərlə müqayisədə 2–5 il daha yaşlı görünür. Müasir tibbin virusu böyük ölçüdə nəzarət altına almasına baxmayaraq, HİV belə qocalma prosesini sürətləndirə bilir.

Alim vurğulayıb ki, bu tədqiqatlar infeksiyalar, iltihab və orqanizmin qocalma sürəti arasında sıx əlaqənin olduğunu açıq şəkildə göstərir.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью