Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sinisa Karan
Serbiyanın keçmiş daxili işlər naziri, keçmiş prezident Milorad Dodikin müttəfiqi Sinisa Karan ölkədə keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib.
Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Sayılan bülletenlərin 97 faizinə görə, Karan səslərin 51,2 faizini toplayıb və 48,8 faiz nəticə göstərən müxalif Serbiya Demokratik Partiyasının namizədi Branko Blanuşanı üstələyib.
Seçici fəallığı təxminən 30 faiz təşkil edib.
Sinisa Karan 2026-cı ilin oktyabrına planlaşdırılan ümumi seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək.
E. KAMAL