Dodon Moldova müxalifətinə müraciət edib

29.12.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

Moldovanın keçmiş prezidenti İqor Dodon ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq üçün respublikadakı bütün müxalifət hərəkatlarını birləşməyə çağırıb.

O qeyd edib ki, hakim “Hərəkət və Həmrəylik” partiyasının fəaliyyəti xalqın maraqlarına ziddir.

SİA-nın məlumatına görə, bunu RİA Novosti yazır.

Siyasətçi qeyd edib ki, o, sağ, mərkəz və sol müxalifət partiyalarını “səylərini hakimiyyətdəki diktator və ksenofobik partiyaya qarşı mübarizəyə cəmləşdirməyə” çağırır.

...Onun sözlərinə görə, “Hərəkət və Həmrəylik” Moldova xalqına “yaxşı günlər” vəd etsə də, əslində “dəhşətli dövrlər, yoxsulluq, senzura, şantaj, qorxu və gələcəyə inamsızlıq” gətirdi.

Dodon ümid etdiyini bildirib ki, müxalifət partiyalarının nümayəndələri ölkədə növbəti fövqəladə vəziyyət tətbiq edən hökumətdən təhlükəni dərk ediblər.

Bundan əvvəl Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirmişdi ki, vilayət hakimiyyəti Maya Sandu ölkə prezidenti kimi tanımır.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью