Dodon: Müxalifət parlament seçkilərinin nəticələrini tanımayacaq

29.09.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Müxalif Moldova Vətənpərvərlər Blokunun liderləri parlament seçkilərinin nəticələrini tanımır və onlara etiraz edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə blokun ətrafında yaradıldığı Sosialist Partiyasına rəhbərlik edən keçmiş prezident İqor Dodon müxalifətin parlament qarşısındakı mitinqində bildirib.

“Elə pozuntular var ki, onlar daxil olduqdan sonra təhlil edirik və biz onları müvafiq qaydada çatdıracağıq. Bütün şikayətlərə baxılana qədər biz heç bir seçkini tanımayacağıq, çünki şikayətlərin nəticələrini gözləməliyik.

Əvvəlcə Mərkəzi Seçki Komissiyası onlara baxacaq. Onları rədd edərsə, biz Apellyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə, daha sonra Konstitusiya Məhkəməsinə gedəcəyik. Biz ciddi şəkildə qanuna uyğun hərəkət edəcəyik”, - deyə Dodon bildirib.

O, qanun pozuntuları ilə bağlı digər müxalifət partiyalarının da şikayət etdiyini vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью