DOGE: ABŞ də 11 yaşlı uşaqlara milyonlarla dollar kredit ayrılıb

10.03.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-də Kiçik Biznes Administrasiyasının 11 yaşlı uşaqlara 312 milyon dollar məbləğində kredit verdiyi üzə çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Məlumata görə, bu, 2020-2021-ci illərdə baş verib.

Departament biznes müqavilələrinin qanuniliyinə şübhə ilə yanaşır.

DOGE araşdırmalarını davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью