Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Françesko Totti yenidən “Roma”ya xidmət edə bilər.
"Football-plus.az" xəbər verir ki, bu haqda məşhur insayder Nikolo Skira məlumat yayıb. O, sabiq hücumçunun doğma klubunun texniki direktoru təyin oluna biləcəyini qeyd edib.
Totti bundan əvvəl “Roma”nın direktoru vəzifəsini icra edib. Bu postu 2019-cu ilin yayında tərk edən DÇ-2006-nın qalibi paytaxt klubunun yetirməsidi.
Futbolçu karyerasını “Roma”da keçirən sabiq hücumçu sarı-qırmızı formada meydana çıxdığı 785 oyunda 307 qolun və 205 məhsuldar ötürmənin müəllifi olub.