Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mətbəxdə ən çox rast gəlinən problemlərdən biri almaların tez xarab olması və doğrandıqdan sonra rənginin dəyişməsidir. Bu meyvəni israf etmədən aylarla saxlamağın ən effektiv yolu dondurma üsuludur. Doğru üsulla dondurulan almalar təzəliyini itirmədən doqquz aya qədər yararlı qalır.
Demokrat.az xəbər verir ki, prosesə başlamazdan əvvəl almaların qabığını soyub tumlarını təmizləmək lazımdır. Meyvələri istifadə məqsədinə uyğun doğradıqdan sonra onların üzərinə mütləq limon suyu əlavə edilməlidir. Limon tərkibindəki turşu sayəsində oksidləşmənin qarşısını alır və almaların qaralmasına imkan vermir.
Hazırlanmış dilimləri bir-birinə toxunmayacaq şəkildə yağlı kağız üzərinə düzərək dondurucuya yerləşdirmək tövsiyə olunur. Bu addım dilimlərin bir-birinə yapışaraq kütlə halına gəlməsini önləyir. Meyvələr tam donduqdan sonra onları havası çıxarılmış paketlərə və ya qablara yığmaq olar. Havanın kənarlaşdırılması məhsulun keyfiyyətini daha uzun müddət qoruyur.
Dondurulmuş almalar əridildikdə xırtıldayan quruluşunu itirdiyi üçün onları daha çox bişmiş təamlarda istifadə etmək məsləhətdir. Piroq, keks, kompot və ya smuzi hazırlayarkən meyvələri əvvəlcədən əritməyə ehtiyac qalmır. Birbaşa dondurucudan çıxarılan dilimlər xəmir xörəklərinə əlavə edilə bilər. Sadəcə nəzərə almaq lazımdır ki, dondurulmuş meyvə bişmə müddətini bir qədər artıra bilər.
Aytən
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, prosesə başlamazdan əvvəl almaların qabığını soyub tumlarını təmizləmək lazımdır. Meyvələri istifadə məqsədinə uyğun doğradıqdan sonra onların üzərinə mütləq limon suyu əlavə edilməlidir. Limon tərkibindəki turşu sayəsində oksidləşmənin qarşısını alır və almaların qaralmasına imkan vermir.