Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
PFL-in “Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşib. Futbol üzrə ölkə çempionatının 1-ci liqasında MOİK-in uğurları üçün çalışan Ramin Orucov da qaliblər sırasındadı.
İndiyə qədər belə mükafat qazanmısanmı, ümumiyyətlə, mükafat almağa xüsusi diqqət yetirirsənmi? Bu sualı Raminə ünvanladıq:
“İndiyə qədər belə mükafat qazanmamışam, sevincliyəm. Bu mükafatı qazanmağa diqqət yetirirdim. Doğrudan da, fevralda baxımlı qollar vuruldu. Mənə səs verən mütəxəssilərə də ayrıca təşəkkür edirəm”.
ƏSƏD SEYİDOV