Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli aktyor Doğukan Güngör hərbi xidmətini başa vuraraq yenidən gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Alaçatıda jurnalistlərin suallarını cavablandıran aktyor bildirib ki, əsgərlik dövrü onun üçün həm maraqlı, həm də yaddaqalan keçib.
O, bu müddətdə yeni dostlar qazandığını və fiziki görünüşündə də ciddi dəyişiklik yaşandığını deyib.
Doğukan Güngör açıqlamasında hərbi xidmət zamanı 9 kiloqram çəki itirdiyini qeyd edib.
Xatırladaq ki, aktyor geniş tamaşaçı auditoriyasının sevgisini "Kızılcık Şerbeti" serialında canlandırdığı "Fatih" obrazı ilə qazanıb. Onun hərbi xidmətdən sonra yeni layihələrdə yer alacağı da maraqla gözlənilir.