Icma.az, Modern.az saytına istinadən bildirir.
2026-cı ilin ilk doqquz ayında Azərbaycanda 60 min 819 uşağın doğumu qeydə alınıb. Həmin dövrdə 24,9 min ailəyə 25,7 min uşağın doğulmasına görə birdəfəlik müavinət verilib.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, açıqlanan müavinət göstəricisi qeydə alınan doğumların təxminən 42,3 faizinə bərabərdir.