Doğulan körpələrlə bağlı dəhşətli rəqəm: Hər 1000 dən 14 ü...

18.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanda son illərdə ana və körpə ölümü göstəricilərində ciddi dəyişikliklər qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlarda bildirilib.

Məlumata görə, 2025-ci ildə 1 yaşadək ölən körpələrin sayı 1312 nəfər olub. Onlardan 728-i oğlan, 584-ü isə qızdır. Hər 1000 diri doğulana düşən körpə ölümü göstəricisi 13,7 təşkil edib. pizza

Müqayisə üçün, 2010-cu ildə 1 yaşadək 1843 körpə ölüb və bu göstərici hər 1000 diri doğulana 11,2 olub. 2015-ci ildə 2033 körpə ölümü qeydə alınıb, göstərici isə 11,0 təşkil edib.

2020-ci ildə körpə ölümü 1242 nəfərə, hər 1000 diri doğulana düşən göstərici isə 9,8-ə enib. 2021-ci ildə isə 840 nəfərlə son illərin ən aşağı göstəricisi qeydə alınıb. Həmin il nisbət 7,5 olub. 2022-ci ildə 959 körpə ölümü qeydə alınıb və göstərici 7,8 təşkil edib.

2023-cü ildə isə körpə ölümündə kəskin artım qeydə alınıb. Belə ki, ölən körpələrin sayı 2039 nəfərə, hər 1000 diri doğulana düşən göstərici isə 18,1-ə yüksəlib. 2024-cü ildə bu rəqəm 1420 nəfərə, göstərici isə 13,9-a düşüb.

Ana ölümü göstəricilərində də son illərdə dəyişikliklər müşahidə olunub.

Belə ki, 2010-cu ildə 26 ana ölümü qeydə alınıb və hər 100 min diri doğulana düşən göstərici 15,7 olub. 2015-ci ildə 24 ana ölümü (14,4), 2020-ci ildə 20 ölüm (15,8), 2021-ci ildə isə 20 ölüm (17,8) qeydə alınıb.

2022-ci ildə 18 nəfərlə ən aşağı göstəricilərdən biri qeydə alınıb və hər 100 min diri doğulana düşən ana ölümü 14,7 təşkil edib.

2023-cü ildə isə ana ölümü 33 nəfərə yüksəlib. Həmin il hər 100 min diri doğulana düşən göstərici 29,3 olub. 2024-cü ildə 29 ana ölümü (28,3), 2025-ci ildə isə 26 ana ölümü (27,1) qeydə alınıb.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью