Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar-avqustunda Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub.
Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 56 404 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,3-dən 8,2-yə enib.
Doğulan körpələrin 53,2 % oğlanlar, 46,8 % isə qızlar təşkil edib.
Bu ilin səkkiz ayı ərzində ölkədə 40 191 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.