Doğulduğu ailəni axtaran qadının atası ilə gözlənilməz yerdən dostluq etdiyi üzə çıxıb FOTO

03.12.2024

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Doğulduğu ailəni axtaran qadının atası ilə gözlənilməz yerdən dostluq etdiyi üzə çıxıb - FOTO

Gürcüstanda maraqlı hadisə baş verib. Övladlığa götürülmüş uşaq kimi böyüdüyünü öyrənən jurnalist Tamuna Museridze öz ailəsini tapmaq və digər övladlığa götürülmüş uşaqların bioloji ailələrinə qovuşmasına kömək etmək üçün Facebook səhifəsi yaradıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, övladlığa götürüldüyündən xəbərsiz böyüyən Museridze 8 il öz doğma ailəsini axtarıb.

Museridzenin araşdırmalarından sonra bir qadın xalasının keçmişdə hamiləliyini gizlətdiyini və DNT testi verməyə razı olduğunu bildirib.

Test başa çatdıqdan sonra Museridze qadının həqiqətən anası olduğunu başa düşdü. O, atasının Qurgen Korava adlı kişi olduğunu anasından öyrənib.

Atasını axtarmağa başlayan Museridze onu heç gözləmədiyi yerdən tanıdığını anlayıb. Gənc qadın atası Korava ilə Facebook-da 3 ildir dost olduqlarını anlayıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью