Doğum evində anasının adı səhv yazıldı Məktəbə qeydiyyata düşə bilmir | Icma.az
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Cəlilabadda 6 yaşlı Malik məktəbə getmək üçün qeydiyyata düşə bilmir.
Redaktor.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya uşağın atası Xalid Quliyev müraciət edib.
Səbəb isə çox qəribədir: Azyaşlının anasının adı doğum evində səhv yazılıb...
X.Quliyevin sözlərinə görə, xəstəxanadakı yanlışlıq səbəbindən övladına indiyə kimi heç bir sənəd, o cümlədən, doğum haqqında şəhadətnamə də ala bilməyib: “Oğlum 2019-cu ildə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında doğulub.
Doğularkən xəstəxanadan ona verilən sənəddə anasının adı səhv qeyd olunub.
Yoldaşımın sənəddə adı Şəbnəmdir, amma el arasında ona Zəhra deyirlər.
Həmin sənəddə də Zəhra yazıldığına görə ona doğum haqqında şəhadətnamə ala bilmirəm. Halbuki öz səhvlərini düzəltməlidirlər”.
Ata deyir ki, yaşadıqları Cəlilabadın Alar kəndinin İcra Nümayəndəliyinin verdiyi arayışda da ananın Şəbnəm olması təsdiqlənib.
Tam oxu
Xəbəri oxu