Doğum günü 4 ildən bir qeyd edilən ŞƏHİD Devid Cəlilovun HƏYAT HEKAYƏSİ VİDEO

02.03.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Xaçmazın Xudat şəhərindən olan antiterror şəhidi Devid Cəlilovun doğum günü 4 ildən bir qeyd edilir. 2004-cü ilin 29 fevralında dünyaya göz açan şəhidin ad günü bu il fevralın 28-də qeyd edilib.
Devid Cəlilov 29 fevral 2004-cü ildə Xaçmaz rayonu, Köhnə Xudat qəsəbəsində anadan olub. Xudat şəhəri 3 nömrəli orta məktəbdə təhsil alıb.
 

Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb. Devid Cəlilov  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.
Tərxis olunmasına cəmi 10 gün qalıbmış…


Ətraflı Bizim.Media-nın videosüjetində: 

Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью