Doğum günündə anasını itirdi

05.03.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Xalq artisti Səidə Quliyevaya ağır itki üz verib.

Ölkə.az Yenicag.az-a istinadən xəbər verir ki, aktrisanın anası vəfat edib.

“Anam səhər saatlarında dünyasını dəyişdi. Uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Doğum günümdə anamı itirdim. Yaşı çox idi, amma ananın yaşı olmur... Mənim üçün çox ağırdır”, - S. Quliyeva sayta açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün Xalq artistinin 68 yaşı tamam olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью