Doğuşdan sonra əkiz körpələr öldü

24.12.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat edib.

TƏBİB-dən bildirilib ki, 22 dekabr tarixində saat 23:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub.

Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb.

Saat 00:00 radələrində çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10 radələrində isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal az çəkili dərin yetişməzliklə) doğulub.

Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb. /Report

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью