Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür? | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Doğuşdan sonra yaranan yorğunluq və gücsüzlük gənc ananın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.
Doğuşdan sonra yaranan depressiya da bütün dünya üzrə milyonlarla qadını maraqlandıran problemlərdən biridir.
Medicina.az doğuş sonrası yaranan depressiyanın səbəblərini araşdırıb.
Məlum olub ki, yaranan bu vəziyyətin səbəbi qəfil baş verən hormonal dəyişiklik, doğum səbəbindən yaranan stress, körpənin qayğısına qalma həyəcanı və s.
olur. Bu depressiya əsasən öz yüksək həddinə doğuşun 4-cü günü çatır və 14-15-ci günlərə qədər həmin səviyyədə qalır.
Bu zaman gənc analar dərin qüssə, darıxma və şəxsi natamamlıq hissi yaşaya bilər.
Belə olduqda qadın körpə ilə emosional əlaqə hiss etmir və onun qayğısına qalmaqda çətinlik çəkir.
Tam oxu
Xəbəri oxu