Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari İranın hücumlarına dözümlə yanaşmağın mümkün olmadığını bildirərək “Qətər xalqına və təhlükəsizliyinə qarşı həyata keçirilən bu açıq hücumların bədəli ödənməlidir”,- deyib.
"Cebheinfo.az" xəbər verir ki, Ənsari CNN telekanalına açıqlamasında İranın ölkədəki ABŞ hərbi bazalarını hədəf alan hücumlarını şərh edib.
O qeyd edib ki, bu hücumlara göz yummaq olmaz və onlar cavabsız qalmamalıdır. Ənsari bildirib ki, İran təkcə ABŞ bazalarını deyil, Dohadakı Hamad International Airport da daxil olmaqla Qətərdə mülki infrastruktur obyektlərini hədəf alıb.
Ənsari İranı nəzərdə tutaraq deyib: “Hücumlara cavab vermək hüququmuz saxlanılır. Əlbəttə, belə bir hücum cavabsız qala bilməz. Qətər xalqına və təhlükəsizliyinə qarşı həyata keçirilən bu açıq hücumun bədəli ödənməlidir”.
Qətər xalqının qorunması üçün çalışdıqlarını vurğulayan sözçü ordunun hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri vasitəsilə raket və pilotsuz uçuş aparatlarının əksəriyyətini zərərsizləşdirdiyini bildirib.
Ənsari ölkənin quruda və dənizdə yerləşən enerji obyektlərinin qorunduğunu da qeyd edib.
O, İranla hazırda birbaşa təmasda olmadıqlarını desə də, münaqişənin həllinin dialoqdan keçdiyini vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin