Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qətər ABŞ və Venesuela arasında böhranı yaxından izləyir və onun həlli üçün vasitəçilik etməyə hazırdır, lakin Doha hələlik belə bir müraciət almayıb.
AZƏRTAC xəbər verir ki, Qətərin Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Biz Amerika qitəsindəki gərginliyi yaxından izləyirik və baş verənlərdən narahatıq. Lazım gələrsə, tərəflər arasında istənilən siyasi dialoqu dəstəkləməyə hazırıq. Hazırda belə dialoq aparılmır, lakin biz bu istiqamətdə beynəlxalq ictimaiyyətə, Birləşmiş Ştatlara, Venesuelaya və digər ölkələrə hər cür yardım göstərməyə hazırıq”, - deyə diplomat bildirib.