Dohada daha bir mükafat

02.02.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin “WTT Youth Star Contender Doha 2025” yarışı davam edir.

Futbolpress.az xəbər verir ki, turnirin növbəti günündə seçmə komandamızın üzvləri Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qoşa yarışların nəticəsinə görə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Təmsilçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa mubarizəsində eyni nəticəyə imza atmışdılar. Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə fevralın 2-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью