Dohada keçirilən danışıqlarda israilli əsirlərlə bağlı irəliləyiş əldə edilib

13.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barneanın iştirakı ilə Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üzrə irəliləyiş əldə edilib.

Oxu.Az xəbər verir ki, "Walla" nəşri bu barədə yüksəkrütbəli İsrail rəsmisinə istinadən xəbər verib.

Mənbə iddia edib ki, Dohada aparılan danışıqlar zamanı irəliləyiş əldə edilib və David Barnea Qətərdən sövdələşmənin mümkün olduğuna dair yüksək əhvali-ruhiyyə ilə qayıdıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью