Dohada Suriya vəziyyəti ilə bağlı üçtərəfli danışıqlar başlayıb

07.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Astana formatının zəmanətçi ölkələrinin (Rusiya, İran, Türkiyə) xarici işlər nazirləri Doha Forumu çərçivəsində danışıqlara başlayıblar.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, danışıqlar Suriyada kəskin gərginləşmə fonunda keçirilir.

Danışıqlar qapalı formatda aparılır. İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçı və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью