Dohadan qalxan sərnişin təyyarəsi Dəməşqdə enib

07.01.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Qətərin paytaxtı Dohadakı Hamad Beynəlxalq Hava Limanından qalxan sərnişin təyyarəsi Suriyadakı Dəməşq Beynəlxalq Hava Limanına eniş edib.

SİA-nın məlumatına görə, bu, Suriyada yeni dövrdə Dəməşq Beynəlxalq Hava Limanına enən ilk beynəlxalq sərnişin təyyarəsi olub.

BƏƏS rejiminin devrilməsindən sonra Dəməşq Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlamış və 18 dekabrda Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi yeni dövrdə Hələbə ilk yerli uçuşunu həyata keçirmişdi. Dəməşq Beynəlxalq Hava Limanı bu səhər də beynəlxalq uçuşlara açıldı.

Xatırladaq ki, bu hava limanından ilk beynəlxalq uçuş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarika şəhərinə həyata keçirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью