“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib

16.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) xarici dillər üzrə doktorantura səviyyəsində keçirilən imtahanlara, eləcə də əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına hazırlıq məqsədilə “Doktorantura” adlı metodik vəsait nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, yeni vəsait imtahanlara hazırlaşan namizədlərin bilik və bacarıqlarının sistemləşdirilməsinə dəstək məqsədi daşıyır. Nəşri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından əldə etmək mümkündür. Vəsaiti həmçinin onlayn şəkildə “Abiturient.az”⁠ platforması və “Wolt” tətbiqi vasitəsilə sifariş etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью