Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu aparılır

13.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-dən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb. Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu iyunun 2-də başa çatacaq.

Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan sualların cavabları ilə linkdə tanış olmaq mümkündür. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью