DokuBaku film festivalı Sonuncu gün

30.05.2025

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DokuBaku sənədli film festivalına film qəbulunun sonuncu günüdür.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı bu il də DokuBaku festivalına maliyyə ayırıb.
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı sənədli film müəlliflərini bu dərin mövzuları araşdıran filmlərini təqdim etməyə dəvət edir. İstər qədim rituallar, istər fərdi transformasiya, istərsə də qeyri-ənənəvi baxış bucaqları olsun — sizin filminiz “ilahilik” anlayışına işıq tuta bilər.

Festivalın relizində qeyd olunur:
““İLAHİLİK” anlayışı sizin üçün nə deməkdir? Təbiətin valehedici gözəlliyi, insan ruhunun sarsılmaz gücü, qədim inancların dərinliyi, yoxsa yaradıcılığın ilahi qığılcımı? Ola bilsin, bu anlayış gündəlik həyatın səssiz anlarında, ya da bütöv sivilizasiyaları formalaşdıran güclü hekayələrdə gizlidir. İnsanlıq yeni bir mərhələyə — Hipermatris adlanan reallığa daxil olur. Burada hər bir fikir, hərəkət və baxış enerji hörgüsündə birləşərək “ilahilik” dediyimiz anlayışa yeni ölçülər verir. Bu reallıq bizi daha yüksək bir şüura — 5D dünyasına doğru oyadıb aparır. Bu kainatda hər şey enerjidir, hər şey hiss edir və nəfəs alır. Biz hamımız məhəbbət ritminin — kosmosun ürək döyüntüsünün — bir hissəsiyik. İndi hər birimizin üzərinə düşən məsuliyyət — birlikdə daha ahəngdar, bağlı və oyanmış gələcək qurmaqdır”.
Qeyd edək ki, festival 13–19 oktyabr tarixlərində keçiriləcək

Bred Pitt tanınmaz halda Səmimi Fərhad: "Biz səhv etməmişik, film çəkmişik, məsələni şişirtdilər" - Müsahibə Sırrı Süreyya Önder vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью