Dokunu tənqid edən aparıcı işdən çıxarıldı

22.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dokunu tənqid edən aparıcı işdən çıxarıldı

Fransada media nümayəndələri ilə bağlı yeni qalmaqal yaşanıb.

QOL.az xəbər verir ki, "L'Equipe" telekanalı Belçika yığmasının futbolçusu Jeremi Doku barədə səsləndirdiyi tənqidi fikirlərə görə aparıcı Frans Pieronu efirdən uzaqlaşdırıb. Bu barədə jurnalist Klemen Qarin sosial şəbəkələrdə məlumat yayıb.

"L’Equipe" rəhbərliyi Pieronun açıqlamalarını dəstəkləmədiyini bildirib. Aparıcı efir zamanı şəxsi mövqeyini ifadə edib və həmin fikirlərin telekanalın dəyərlərindən uzaq olduğu qeyd olunub.

Bildirilib ki, telekanal həm Dokuya, həm də dünya çempionatının tamaşaçılarına görə üzrxahlıq edib.

Xatırladaq ki, Doku həyat yoldaşının övlad dünyaya gətirməsi zamanı orada iştirak etmək üçün yığmanın düşərgəsini müvəqqəti tərk edib. Bu, “L’Equipe” nəşrinin jurnalisti Frans Pyerronun sərt reaksiyasına yol açıb. O, Dokunun bu səbəbdən emosional və fiziki baxımdan yorulacağını bildirib: "Sən 10 saat vaxt itirəcəksən, yorulacaqsan, emosional sarsıntı yaşayacaqsan, tamamilə tükənəcəksən və dünya çempionatına hazır olmayacaqsan".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью