Dolce & Gabbana irqçilikdə ittiham olunur | Icma.az
Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtalyan moda brendi "Dolce & Gabbana" yeni moda nümayişi üçün model seçimi ilə bağlı irqçilikdə ittiham olunub.
OLAY yazır ki, bu səbəbdən TikTok sosial şəbəkəsində brendi tənqid edən çoxsaylı videolar yayılıb.Milanda "Dolce & Gabbana"nın yeni kişi kolleksiyasının — “Portrait of a Man” (“Kişi portreti”) adlı defilesi keçirilib.
Sosial şəbəkə istifadəçiləri nümayişdə əsasən oxşar tipajlı ağdərili kişilərin iştirak etdiyini vurğulayaraq, bunu kastinqdə irqi bərabərliyin olmaması və inklüzivlik prinsiplərinin nəzərə alınmaması kimi qiymətləndiriblər.“Defiledə nə asiyalı, nə qaradərili, nə də ərəb model var idi.
Hətta blondlar belə dəvət olunmamışdı”, — deyə blogerlərdən biri modellərin eyniliyinə etiraz edib.
Onun videosu qısa müddətdə viral olub, təxminən bir milyon baxış və çoxsaylı tənqidi şərhlər toplayıb.
Bloqer "Dolce & Gabbana"nın yeni nümayişi üçün model seçimini istehzalı şəkildə “ağ rəngin 50 çaları” adlandırıb.Tənqidlərə ABŞ-lı, fələstin-hollandiya əsilli supermodel Bella Hadid də qoşulub.
O, Instaqram sosial şəbəkəsindəki paylaşımlardan birinin altında belə yazıb:“İnsanların bu brendi hələ də dəstəkləməsinə şokdayam.
Tam oxu
Xəbəri oxu