Dolf Lundqren: Xərçəng xəstəliyi həyatdan zövq almağı və bütün anları dəyərləndirməyi öyrə…
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur “Rokki 4” və digər filmlərlə tanınan isveçli aktyor, rejissor Dolf Lundqren şad xəbəri açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə instaqramdakı hesabında video paylaşdıqdan sonra yazıb.
Məşhur aktyor xərçəng xəstəliyinə qarşı təxminən 10 il mübarizə apardıqdan sonra sağalıb.
Videoda aktyor xəstəxana palatasında xüsusi geyimdə görünüb.
Lundqren bu yaxınlarda növbəti müayinədən keçib və ona məlum olub ki, ağır xəstəliyə qalib gəlib.
O, sonuncu şişi məhv etmək üçün minimal invaziv ağciyər əməliyyatı keçirib. Dolfun xərçəng xəstəliyi ilə mübarizəsi doqquz il davam edib.
İndi isə həkimlər müalicə nəticəsində onun orqanizmində xərçəng hüceyrələrinin qalmadığını bildiriblər.
Tam oxu
Xəbəri oxu