Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı əsilli rusiyalı məşhur müğənni Lorisa Dolinanın adı Mənzil Lotereyası proqramında hallanıb.
Reyting.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinə istinadən “RBC” məlumat yayıb.
“Stoloto” lotereya brendi bot hücumuna görə müğənni Larisa Dolinanın adını çəkərək “Telegram” kanalından Mənzil Lotereyası proqramı ilə bağlı paylaşımı silib.
Xatırladaq ki, bir ay bundan əvvəl yayımlanan yazıda Dolinanın proqramın iştirakçılarını və qaliblərini təbrik edən videosu yer almışdı. Başlıqda deyilirdi: “Bu gün o, “Bizimlə qalib gəlirlər!” verilişinə gəldi. Mənzil Lotereyasını doğum günü münasibətilə təbrik üçün. Və o, bunu bayrama tamamilə yeni bir ovqat verən şəkildə etdi!”.
V. QULİYEV