Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması "dolixosiqma" adlandırılır. Bu kifayyət qədər yayılmış patologiyadır.
Bəzi insanlarda dolixosiqma heç bir pozulmalara səbəb olmur və digər xəstəliklə bağlı olan müayinə zamanı təsadüfən aşkar edilir.
Lakin bir çox insanlarda dolixosiqma özünü ağır xroniki qəbizlik, köp və qarında ağrılarla büruzə verir.
Pediatriyada qəbizlikdən əziyyət çəkən uşaqların 40%-ndə dolixosiqma aşkar olunur.
Dolixosiqma zamanı siqmaravı bağırsaqda 2-3 artıq ilgək olur.
Həkimlərin əksər hissəsi dolixosiqmanı anadangəlmə pozulma kimi qiymətləndirirlər.
Lakin bəzi hallarda dolixosiqma özünü yalnız 45-50 yaşdan sonra azhərəkətli həyat sürən, oturaq işdə işləyən və ət və karbohidratlarla zəngin olan qidalarla süi-istifadə edən insanlarda qeyd olunur.