Dollar bahalaşır, avro ucuzlaşır ABŞ valyutası bir qədər də dəyərlənə bilər | Icma.az
Sfera.az saytına istinadən Icma.az xəbər verir. ABŞ dollarında son 3 ayda müşahidə edilən bahalaşma hələ də davam edir.
Sfera.az xəbər verir ki, dolların dünyanın 6 aparıcı valyutasına qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi bir qədər də yüksələrək 106 səviyyəsinə çatıb.
İndeks son bir həftə ərzində 2 vahid, son bir ayda 3,2 vahid yüksəlib.
Dollarda bahalaşma 2024-cü ilin sentyabrın sonlarından davamlı hal alıb.
Sentyabrın sonlarında indeks 100 həddində olduğu halda ötən müddətdə 6 faiz yüksəlib.
Dolların bahalaşmasını avro ilə olan məzənnədən də görmək olar.
Sentyabrda bir avro 1,12 dollara dəyişdirilirdisə, hazırda bir avronun məzənnəsi 1,06 dollardır.
Müqayisədən göründüyü kimi avro dollar qarşısında xeyli dərəcədə ucuzlaşıb.
Tam oxu
Xəbəri oxu