Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Dollar üçün ən böyük təhlükə ABŞ prezidenti Donald Trampın yaxın həftələrdə Federal Ehtiyat Sisteminə təzyiqi yenidən artırmasıdır. Bu isə mərkəzi bankın müstəqilliyinə dair şübhələrin yenidən gündəmə gəlməsinə səbəb ola bilər. Lakin Federal Ehtiyat Sistemi bu şübhələri aradan qaldırmaq üçün əlindən gələni edib”, deyə “Commerzbank”ın strateqi Mixael Pfister bildirib.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanının Oman vasitəsilə əlavə neft partiyaları təklif etdiyi barədə xəbərlər fonunda neftin qiyməti aşağı düşüb və ucuzlaşma davam edib. Dollar isə, bir qayda olaraq, neft qiymətlərinin artmasından faydalanır, çünki ABŞ iqtisadiyyatı enerji böhranlarına digər iri ölkələrin iqtisadiyyatlarından daha az həssasdır. Hazırkı vəziyyət isə avro və yenə mənfi təsir göstərir.
Bu fonda dolların bir qrup valyutaya nisbətdə məzənnəsini ölçən dollar indeksi 100,36 bəndə yüksəlib. Bu, iyulun 31-dən bəri ən yüksək göstəricidir.
Avronun məzənnəsi isə 0,14% artaraq 1,1481 dollara çatıb. Bundan əvvəl avro 1,1456 dollara enərək son yeddi həftənin minimumunu yeniləyib. Yapon yeni qarşısında dolların məzənnəsi isə 0,41% azalaraq 155,68 yen təşkil edib.