Dollar saxlayanların diqqətinə: Təcili pulunuzu bununla dəyişin! | Icma.az
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır. “Dünyada qızılın qiymətində artım tendensiyası davam edir.
Bu prosesin əsas səbəbi qlobal arenada hökm sürən qeyri-müəyyənliklərdir”.Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.O bildirib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən səsləndirilən bir-birinə zidd bəyanatlar vəziyyəti daha da gərginləşdirib:“Eyni zamanda dolların sürətlə dəyər itirməsi nəticəsində investorlar alternativ, daha etibarlı investisiya alətlərinə xüsusilə də qızıla yönəlməyə başlayıblar.
Hazırda Rusiya–Ukrayna müharibəsinin Avropaya yayılması ilə bağlı narahatlıqlar, Rusiyanın davranışlarında müşahidə olunan qeyri-müəyyənliklər investorların qızıl bazarına marağını artırıb.
Nəticədə qızıla olan tələbin yüksəlməsi qiymət artımına səbəb olur.
Böyük dövlətlər, o cümlədən Rusiya, Hindistan və Avropanın bir sıra ölkələri də son illərdə qızıl ehtiyatlarını artırmağa üstünlük verirlər.
Bu, həm iqtisadi, həm də geosiyasi risklərə qarşı qorunma vasitəsi kimi qiymətləndirilir.
Qlobal birjalarda müşahidə edilən gərginlik və dalğalanmalar da qızılın dəyərini yüksəldən amillərdəndir.
Yaxın gələcəkdə qızılın ucuzlaşması gözlənilmir. Çünki qeyri-müəyyənliklər, iqtisadi təzyiqlər, valyuta bazarlarındakı dəyişikliklər və pote
Tam oxu
Xəbəri oxu