Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ və ticarət tərəfdaşları arasında artan gərginliyə baxmayaraq, birjalarda qeyri-adi reaksiyalar müşahidə olunur.
Adətən iqtisadiyyatlarda, beynəlxalq münasibətlərdə narahatçılıq yarananda təhlükəsiz sığınacaq kimi qəbul edilən dollara meyl artır.
Amma son iki ayda bunun tam əksi baş verir. Sfera.az xatırladır ki, Donald Tramp hakimiyyətə gələndən sonra bəzi ölkələrdən idxal edilən mal
Tramp hesab edir ki, yürütdüyü yeni siyasi və iqtisadi xətt ABŞ-yə fayda gətirəcək, ölkənin maliyyə vəziyyəti güclənəcək.
Baş verənlərin fonunda gözlənildiyinin əksinə olaraq ABŞ dolları ucuzlaşır.
ABŞ dollarının aparıcı 6 valyutaya qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi 2025-ci ilin yanvarının 13-də 110 səviyyəsinə çatmışdı.
Həmin tarixdə bir avro 1,025 dollar idi. Amma indi indeks 104 səviyyəsinə geriləyib və avro ilə dolların məzənnəsi 1,08 həddini ötüb.