Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ valyutasının dünyanın aparıcı valyutalarına nəzərən ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi 2024-cü ilin sentyabrından bəri ilk dəfə olaraq 100 həddindən aşağı düşüb.
Həm Avropa İttifaqının, həm də Çinin ABŞ mallarına qarşı idxal tariflərini artıracağına dair xəbərlər dolları ucuzlaşdırır.
Sfera.az xəbər verir ki, hazırda indeks 99,6 səviyyəsindədir. Bir gün öncə indeks 102,7, bu ilin yanvarında isə 109,8 idi.
Dolların ucuzlaşmasını avro ilə olan məzənnədəki dəyişiklikdən də görmək mümkündür. Bu gün birjalarda bir avro 1,135 dollara dəyişdirilib.
Halbuki, dünən bir avro 1,09 dollar, bu ilin yanvarında isə 1,029 dollar idi.
Dolların ucuzlaşmasını üç böyük iqtisadiyyat arasında baş verən ticarət müharibələri ilə əlaqələndirmək olar.
Çinin və Avropa İttifaqının addımları ABŞ-nın ixrac edəcəyi malların azalacağına dair qənaət formalaşdırıb.