Dollar ucuzlaşır: SƏBƏB NƏDİR?

15.06.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-İran razılaşması xəbərlərinə, investorların əhval-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin düşməsinə baxmayaraq, dollar ucuzlaşır.

Moderator.az Bloomberg-ə istinadən xəbər verir ki, neft qiymətlərinin düşməsi inflyasiya təzyiqini azaldır ki, bu da ABŞ dollarının dinamikasına təsir göstərir.

Lakin Bloomberg qeyd edir ki, dolların ucuzlaşması məhdud ola bilər. Bunu ABŞ-ın güclü iqtisadi məlumatları, o cümlədən məşğulluq rəqəmləri, eləcə də Federal Ehtiyat Sisteminin 2026-cı ildə faiz dərəcələrini artıra biləcəyi gözləntiləri dəstəkləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью