GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son vaxtlar bəzi vətəndaşlar valyuta mübadiləsi zamanı ciddi çətinliklərlə qarşılaşdıqlarını bildirirlər.
Belə ki, banklara müraciət edən insanlar bəzən dollar və ya avro ala bilmədiklərini qeyd edirlər.
Məlumata görə, bank əməkdaşları ya xarici valyutanın kassada olmadığını deyir, ya da müştəriləri başqa filiallara yönləndirirlər.
Bu hal xüsusilə səyahət etmək, övladlarını xaricdə oxutmaq və ya beynəlxalq ödənişlər üçün valyutaya ehtiyac duyan şəxsləri pis vəziyyətdə qoyur.
Niyə banklarda kifayət qədər valyuta mövcud olmur? Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri,
Buna baxmayaraq, banklar öz pul ehtiyatlarını və tələb olunanı Mərkəzi Bankın satışa çıxartdığı valyutadan əldə edə bilərlər.
Bu gün hər hansı bank valyuta əldə etmə istiqamətində müəyyən məhdudiyyət tətbiq edirsə, bu, yalnız həmin qurumun həyata keçirdiyi maliyyə və pul siyasəti ilə bağlıdır”.Həmçinin oxuyun:Mühüm gəlişmə: Azərbaycanda dollar bahalaşacaq?