Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son zamanlar dünya maliyyə bazarında ABŞ dollarının durmadan ucuzlaşması qeydə alınır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dolların dinamikasını “yo-yo” oyuncağı ilə müqayisə edib. Belə ki, bu oyuncaq əvvəlcə uçub getsə də, sonradan elastik bantla sahibinə qayıdır.
O, zəifləyən ABŞ valyutasına müdaxilə etmək niyyətində olmadığını açıq şəkildə qeyd edib: "Mən onu “yo-yo” kimi yuxarı və ya aşağı sala bilərəm. Amma sadəcə istəyirəm ki, o, öz səviyyəsini tapsın - bu, ədalətlidir".
Kəskin enişin onu narahat edib-etmədiyi soruşulduqda, Tramp, "Xeyr, düşünürəm ki, bu, əladır. Dollarda hər şey əla gedir" cavabını verib.
Bazarlar bu açıqlamanı ABŞ administrasiyasının dolların zəifləməsini cilovlamaq niyyətində olmadığına dair bir siqnal kimi qəbul ediblər. Bununla yanaşı, mütəxəssislər hesab edir ki, Trampın gözlənilməz xarici siyasəti dollara mənfi təsir göstərir və bazarları siyasi risk təsirini nəzərə almağa sövq edir. Bu, dollara təzyiqi artırır və bazarları daha təhlükəsiz aktivlərə doğru yönəldir.
Zəif dollar Trampın iqtisadi baxışları ilə uyğun gəlir: zəif valyuta ixracı daha rəqabətli, idxalı isə daha bahalı edir. Lakin belə bir siyasət inflyasiyaya qarşı mübarizəni çətinləşdirir və yerli investorlar üçün qeyri-müəyyənliyi artırır.
“AzPolitika.info”