Dolları olanlar üçün yeni xəbər Valyuta bazarında son vəziyyət

04.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankı (AMB)  4 iyul tarixinə rəsmi valyuta məzənnələrini açıqlayıb.

 "Yeni Sabah" xəbər verir ki, daxili bazarda xarici valyutaların manata qarşı hərəkətində fərqli dinamika müşahidə olunub.

ABŞ Dolları: Ölkədə tətbiq edilən sabit məzənnə rejiminə uyğun olaraq, 1 dolların rəsmi qiyməti dəyişməz qalaraq 1.7000 manat səviyyəsində qərarlaşıb. Sezar pizza

Avro: Avrozonanın vahid valyutası manat qarşısında dəyər qazanıb. Bahalaşan 1 avronun rəsmi məzənnəsi 1.9459 manat təyin edilib.

Rusiya Rublu: Şimal qonşumuzun valyutası da yüksəliş trendi nümayiş etdirib. Mərkəzi Bankın son məlumatına görə, 100 Rusiya rublu bahalaşaraq 2.1915 manata yüksəlib.

Türk Lirəsi: Qardaş ölkənin valyutası isə manat qarşısında cüzi dəyər itirib. Son dəyişiklikdən sonra 1 türk lirəsinin rəsmi qiyməti 0.0363 manat (3.63 qəpik) səviyyəsinə enib.

Cəlalə Cəlalqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью