Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ABŞ dollarının çox dəyər itirdiyini düşünmədiyini, dolların əla vəziyyətdə olduğunu deyib.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, Tramp Ayova ştatında jurnalistlərə verdiyi açıqlamada belə söyləyib.
Tramp əvvəllər Çin və Yaponiya ilə mübarizə apardığını, çünki onların valyutalarını devalvasiya etmək istədiklərini bildirib. Ağ Ev rəhbəri eyni zamanda qeyd edib ki, bu, ədalətsizdir və valyutalarının dəyərini aşağı saldıqda rəqabət daha da çətinləşir.
ABŞ prezidenti dolların öz səviyyəsini tapmağa çalışdığını və bunun ədalətli olduğunu bildirib.
"Mən dolları yuxarı və ya aşağı hərəkət etdirə bilərəm",-deyə bildirib.
Anar