Icma.az xəbər verir, News24 saytına əsaslanaraq. Rusiya Mərkəzi Bankın (MB) rəhbərliyi dolların rəsmi məzənnəsini qaldırıb.
News24.az xəbər verir ki, bunu Rusiya tənzimləyicisinin saytında dərc olunan məlumatlar sübut edir.
Amerika valyutası iyulun 3-də 78,65 rubl təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, iyulun 2-də dolların rəsmi məzənnəsi 78,42 rubl olub.
Beləliklə, Rusiyada ehtiyat valyutanın məzənnəsi 23 qəpik qaldırılıb.
Avronun rəsmi məzənnəsi isə əksinə, təxminən 6 qəpik - 92,74 rubldan 92,68 rubla endirilib.
Tənzimləyici öz növbəsində Çin yuanının məzənnəsini bir qəpik - 10,94-dən 10,95 rubla qaldırıb.Aqil Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.