Dolların vəziyyəti yaxşı deyil

28.01.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ dollarının məzənnəsi əsas valyutalar qarşısında son dörd ilə yaxın dövrün ən aşağı səviyyəsinə düşüb.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin hesabladığı "Bloomberg Dollar Spot Index" (BBDXY) çərşənbə axşamı 0,4 faiz geriləyərək 2022-ci ilin mart ayından bəri ən aşağı həddə enib.

Dollar artıq dördüncü gündür ki, ardıcıl şəkildə ucuzlaşır. Ən kəskin enmə isə Yapon yeni qarşısında qeydə alınıb.

Dolların zəifləməsi investorların Vaşinqtonun qeyri-müəyyən və dəyişkən siyasətindən sonra daha ehtiyatlı mövqe tutması ilə izah olunur. Xüsusilə ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət əldə etmək niyyəti ilə bağlı açıqlamaları bazarlarda narahatlığı artırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью